Milli tennisçimiz ATP reytinqində yer aldı
Milli tennisçimiz Tamerlan Əzizov ilk dəfə ATP reytinqinə daxil olub.
TodayPress TV xəbər verir ki, T. Əzizov peşəkar karyerasında mühüm uğura imza ataraq ilk ATP reytinq xallarını həm tək, həm də cütlər kateqoriyasında qazanıb.
O, hazırda həm tək, həm də cütlər üzrə ATP reytinqində yer alan yeganə milli oyunçudur.
Qeyd edək ki, bu nailiyyət T. Əzizovun karyerasında mühüm mərhələ olmaqla yanaşı, onun beynəlxalq tennis arenasında gələcək çıxışları üçün yeni imkanlar yaradır.