Milli fasilə Levandovskiyə düşmədi
“Barselona” klubunun futbolçusu Robert Levandovski Polşa millisinin düşərgəsində zədələnib.
TodayPress TV xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Sol bud nahiyəsindən zədələnən forvard yaşıl meydanlardan kənarda qalacaq. Levandovskinin sağalma müddəti müalicənin gedişatından asılı olacaq.
Namiq HUN