Millətlər Liqasında vacib gecə: Azərbaycan yığması Lixtenşteyni sınağa çəkir!
Azərbaycanın futbol üzrə yığma komandası bu gün UEFA Millətlər Liqasında növbəti matçına çıxacaq.
TodayPress TV xəbər verir ki, D Liqasının 2-ci qrupunda mübarizə aparan millimizin rəqibi Lixtenşteyn seçməsi olacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşma saat 20:00-da start götürəcək. Oyunu avstriyalı baş hakim Kristian-Petru Çokirka idarə edəcək.
Qeyd edək ki, Ayxan Abbasovun baş məşqçisi olduğu milli komandamız hazırda 1 xalla qrupda 2-ci pillədə qərarlaşıb. Qrupun lideri 4 xalla Litva yığmasıdır. Xalı olmayan Lixtenşteyn isə sonuncu sırada yer alıb.
Namiq HUN