Millətlər Liqasında kritik oyun: Azərbaycan - Litva matçını kim idarə edəcək?
UEFA Millətlər Liqasının D Liqasında keçiriləcək Azərbaycan - Litva qarşılaşmasının hakimlər briqadası müəyyənləşib.
TodayPress TV xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Bakıda baş tutacaq görüşü Portuqaliyadan olan hakimlər idarə edəcəklər. Matçın baş hakimi Qustavo Korreya olacaq. Ona yan xətt hakimləri Andre Filipe Noqeyra Diaş və Andre Souza köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Migel Andre Monteyro Fonseka yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 4-də “8-ci kilometr” stadionunda keçiriləcək Azərbaycan - Litva oyunu saat 17:00-da start götürəcək.
Namiq HUN