Millətlər Liqasında həlledici matç: Azərbaycan – Lixtenşteyn oyununu kim idarə edəcək?
UEFA Millətlər Liqasının D Divizionunda keçiriləcək Azərbaycan – Lixtenşteyn oyununu idarə edəcək hakim briqadası bəlli olub.
TodayPress TV xəbər verir ki, qarşılaşma Avstriyadan olan hakimlər briqadasına həvalə edilib.
Matçın baş hakimi Kristian-Petru Çokirka olacaq. Ona yan xətdə Maksimilian Vayss və Martin Obritsberger köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Şafak Parmaksız yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq Azərbaycan - Lixtenşteyn oyunu saat 20:00-da start götürəcək.
Namiq HUN