"Milan"ın futbolçusu Səudiyyə Ərəbistanı klubuna keçir
İtaliyanın "Milan" klubunun futbolçusu Yasin Adli karyerasını Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Şabab"da davam etdirəcək.
TodayPress TV xəbər verir ki, bu barədə "Foot Mercato" məlumat yayıb.
Tərəflər 25 yaşlı yarımmüdafiəçinin keçidi ilə bağlı razılığa gəliblər.
Oyunçuya 7 milyon avro maaş və 3 illik müqavilə təklif olunub. Bu da Adlinin Milan klubundakı gəlirindən üç dəfə çoxdur.
Qeyd edək ki, Yasin Adli ötən mövsüm icarə əsasında "Fiorentina"da çıxış edib. PSJ-nin yetirməsi 2021-ci ilin yayında "Bordo"dan "Milan"a keçib.