Milanda məyusluq: Litvintsev sərbəst proqramdan kənarda qaldı
İdman
11.02.2026 09:25
Milanda keçirilən XXV Qış Olimpiya Oyunlarında kişilər arasında fərdi fiqurlu konkisürmə yarışlarının ilk günü başa çatıb.
TodayPress TV xəbər verir ki, Azərbaycanı təmsil edən Vladimir Litvintsev qısa proqramda 63.63 xal toplayaraq 29 iştirakçı arasında sonuncu yeri tutub.
Yarışların qaydalarına əsasən, ilk 24 konkisürən sərbəst proqram mərhələsinə vəsiqə qazanıb. Litvintsev bu mərhələyə yüksələ bilmədiyindən medallar uğrunda mübarizəni erkən dayandırıb.
Xatırladaq ki, idmançı Pekin-2022 Qış Olimpiya Oyunlarında daha uğurlu çıxış etmişdi. O, həmin turnirdə qısa proqramda 84.15 xal, sərbəst konkisürmədə isə 155.04 xal toplayaraq yekunda 18-ci yeri tutmuşdu.
Qeyd edək ki, Azərbaycanın digər idmançısı Anastasiya Papatoma fevralın 15-də nəhəng slalom, fevralın 18-də isə slalom növündə yarışacaq. Onun çıxışları Kortina-d’Ampezzonun dağ-xizək mərkəzində keçiriləcək.
XXV Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.
Namiq HUN
tag: Fiqurlu konkisürmə,Azərbaycan,İdman,Yarış,Todaypress.tv,
