Milan nəhəngi kuboku yenidən başı üzərinə qaldırdı
İdman
14.05.2026 10:44
“İnter” futbol klubu İtaliya Kubokunun 2025/2026 mövsümünün qalibi olub.
TodayPress TV xəbər verir ki, Milan təmsilçisi finalda “Latsio” üzərində 2:0 hesablı qələbə qazanıb.
Bu nəticə ilə “İnter” tarixində 10-cu dəfə İtaliya Kubokuna sahib çıxıb. Milan təmsilçisi turnir tarixində ən çox kubok qazanan komandalar sırasında ikinci pillədə qərarlaşıb.
Bu göstəricidə rekord “Yuventus” klubuna məxsusdur. Turin təmsilçisi İtaliya Kubokunu 15 dəfə qazanıb.
“İnter” bundan əvvəl 1938/1939, 1977/1978, 1981/1982, 2004/2005, 2005/2006, 2009/2010, 2010/2011, 2021/2022 və 2022/2023 mövsümlərində də bu titulu əldə etmişdi.
Xatırladaq ki, yarımfinal mərhələsində “İnter” “Como 1907” komandasını iki oyunun nəticəsinə əsasən “3:2” mübarizədən kənarlaşdırmışdı. “Latsio” isə “Atalanta” klubu üzərində penaltilər seriyasında üstünlük qazanaraq finala yüksəlmişdi.
Namiq HUN
tag: İtaliya Kuboku,İnter,Mövsüm,Yuventus,Latsio,Como 1907,Atalanta,Todaypress.tv,
