Messisiz "İnter Mayami" "Sinsinnati" ilə heç-heçə etdi

Messisiz "İnter Mayami" "Sinsinnati" ilə heç-heçə etdi
27.07.2025 12:15 İdman

ABŞ Peşəkar Futbol Liqası növbəti turunda "İnter Mayami" doğma meydanda "Sinsinnati" ilə 0:0 hesabı ilə heç-heçə edib.

TodayPress TV xəbər verir ki, komandanın ulduz futbolçuları Lionel Messi və Jordi Alba bu qarşılaşmada iştirak etməyib.

Onların diskvalifikasiya səbəbindən matçı buraxdığı bildirilib. Futbolçular, ABŞ və Meksika ulduzlarının iştirak etdiyi "All Star" qarşılaşmasında çıxış etmədikləri üçün cəzalandırılıblar.

Bu nəticədən sonra "İnter Mayami" 42 xalla Şərq Konfransında 5-ci yerdə qərarlaşıb, "Sinsinnati" isə 49 xalla liderliyini qoruyub.

Töhfə Səməd

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər