Messi yanğın bölgəsinə etdiyi ianə ilə gündəm oldu!
“İnter Mayami”nin ulduz futbolçusu Lionel Messi İspaniyada meşə yanğınlarından zərər çəkmiş Sierra Oeste de Madrid bölgəsinə 80 min avro ianə edib.
TodayPress TV xəbər verir ki, bu barədə Madrid Muxtar Birliyinin prezidenti İzabel Dias Ayuso sosial şəbəkə hesabında məlumat yayıb.
Ayuso paylaşımında Messiyə təşəkkür edərək, onun Madridə gələcəyini səbirsizliklə gözlədiklərini bildirib.
“Leo Messi Sierra Oeste de Madrid bölgəsinin bərpası üçün 80 min avro ianə edib. Ona təşəkkür edirəm və demək istəyirəm ki, madridlilər onu layiq olduğu alqışlarla qarşılamağı səbirsizliklə gözləyirlər”, – deyə Ayuso yazıb.
Namiq HUN