Mərkəzi oyuna FIFA referisi təyin olundu

Mərkəzi oyuna FIFA referisi təyin olundu
17.12.2025 17:44 İdman

Premyer Liqanın I turundan təxirə salınan “Sabah” – “Qarabağ” oyununun hakim təyinatları açıqlanıb.

TodayPress TV xəbər verir ki, qarşılaşmanı FIFA referisi Elçin Məsiyev idarə edəcək.

Baş hakimə köməkçi hakimlər Elşad Abdullayev və Pərvin Talıbov olacaq. 

Dördüncü hakim funksiyasını isə Vüqar Həsənli yerinə yetirəcək.

“Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Qarabağ” matçı dekabrın 18-də, saat 19:30-da start götürəcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər