Medina “Qarabağ”dan getdi

Medina “Qarabağ”dan getdi
16.06.2026 15:28 İdman

"Qarabağ"da daha bir ayrılıq gerçəkləşib. Kevin Medina Ağdam klubu ilə vidalaşıb. Onun Asiya klublarından biri ilə anlaşdığı bildirilir.

TodayPress TV xəbər verir ki, Sportal.az saytının əldə etdiyi məlumata görə, "Qarabağ" müqaviləsi davam edən futbolçuya jest edib, onu təzminatsız buraxıb.

Məsələ burasındadır ki, indiyə qədər çox yaxşı təklifləri olan Kevin "Qarabağ"da qalmağa üstünlük verib, böyük pulları geri çevirib. Lakin hazırkı təkliflə bağlı özü rəhbərliyə yaxınlaşıb, onu sərbəst buraxmalarını rica edib. Kolumbiyalı futbolçunun xidmətlərini nəzərə alan "Qarabağ" rəhbərliyi Medinaya əngəl olmayıb. 

Qeyd edək ki, Medina yay transfer dönəmində "Qarabağ"ı tərk edən 5-ci futbolçu olub. Ona qədər Toral Bayramov, Emmanuel Addai, Ramil Şeydayev və Sami Mmae ilə yollar ayrılıb.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Bütün Xəbərlər