Mbappe qol sayına görə Tyerri Anrini keçdi
Fransalı hücumçu Kilian Mbappe milli komandanın heyətində vurduğu qolların sayına görə Tyerri Anrini keçib.
TodayPress TV xəbər verir ki, bu DÇ-2026-nın seçmə mərhələsində İslandiyaya (2:1) ilə oyunda reallaşıb.
Mbappe Paris qarşılaşmasında 52-ci qoluna imza atıb. Forvard bu göstəricidə Fransa millisinin sabiq futbolçusu Tyerri Anrini (51) geridə qoyaraq 2-ci yerə yüksəlib.
Hazırda Fransa millisində ən çox qol vuran futbolçu Olivye Jirudur. “Lill” klubunun formasını geyinən 38 yaşlı ön xətt oyunçusunun hesabında 57 qol var.
Namiq HUN