Qatarlar toqquşdu: 10 nəfər həlak oldu
İspaniyanın Kastiliya-La-Mança muxtar vilayətinin mərkəzi Toledoda, Urda stansiyası yaxınlığında iki qatar toqquşub.
TodayPress TV xəbər verir ki, bu barədə Kastiliya-La-Mança hökumətinin mətbuat katibi Ester Padilya məlumat verib.
Hadisə nəticəsində azı 10 nəfər ölüb, çox sayda insan xəsarət alıb.
Qeyd olunub ki, qatarlardan biri “Renfe”, digəri isə “Iryo” şirkətinə məxsus olub. Hadisədən sonra “Renfe” Madrid, Syudad-Real və Andalusiya istiqamətlərində qatarların hərəkətinin dayandırıldığını açıqlayıb.