İki üzgüçümüz, bir bayraq: Azərbaycan Dakar-2026-ya hazırlaşır!
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycan komandasının bayraqdarları müəyyənləşib.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Milli Olimpiya Komitəsi məlumat yayıb.
Oktyabrın 31-də Dakardakı Abdulaye Vade stadionunda keçiriləcək açılış mərasimində Azərbaycan bayrağını üzgüçülər Süleyman İsmayılzadə və Məryəm Cavadova daşıyacaqlar.
Süleyman İsmayılzadə III MDB Oyunlarının qalibi, IV İslam Həmrəyliyi Oyunlarının isə bürünc mükafatçısıdır.
Məryəm Cavadova da beynəlxalq yarışlarda uğur qazanıb. O, VI İslam Həmrəyliyi Oyunlarının bürünc medalçısıdır.
Namiq HUN