Fernandeş ehtiyatda qaldı, sonra Kerriklə görüşdü: “Yunayted”də nə baş verir?

Fernandeş ehtiyatda qaldı, sonra Kerriklə görüşdü: “Yunayted”də nə baş verir?
28.10.2026 15:38 İdman

“Mançester Yunayted”in baş məşqçisi Maykl Kerrik komandanın kapitanı Brunu Fernandeşlə şəxsi görüş keçirib.

TodayPress TV xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.

Tərəflər yaranmış vəziyyəti aydınlaşdırmaq üçün bir araya gəliblər. Həm Kerrik, həm də Fernandeş cari mövsümdəki problemləri aradan qaldırmağa və diqqətlərini komandanın nəticələrini yaxşılaşdırmağa yönəltməyə hazır olduqlarını bildiriblər. 

Daha əvvəl Fernandeş Çempionlar Liqasının İtaliya təmsilçisi “Komo”ya 1:4 hesabı ilə məğlubiyyətdən sonra Kürrikin və onun məşqçi heyətinin taktiki qərarlarını açıq şəkildə tənqid etmişdi.

Məlumata görə, Kerriklə Fernandeş arasında görüş “Yunayted”in məşq bazasında baş tutub. 

Fernandeşin oktyabrın 31-də İngiltərə Premyer Liqasının IX turunda “Çelsi”yə qarşı keçiriləcək oyunda iştirak edə biləcəyi gözlənilir. O, “Bornmut”la əvvəlki çempionat matçında (0:3) ehtiyat oyunçular skamyasında qalmışdı.

Bundan əlavə, komandanın bütün üzvlərinin iştirakı ilə ümumi toplantı keçirilib. Futbolçular və məşqçilər korpusu oyunun keyfiyyətini dərhal yaxşılaşdırmaq əzmini təsdiqləyiblər. Bildirilir ki, tərəflər cari mövsümdə komandanın ümumi çıxışının potensialından aşağı səviyyədə olduğunu da qəbul ediblər.

Qeyd edək ki, “Mançester Yunayted” Premyer Liqanın turnir cədvəlində 16-cı yerdə qərarlaşıb. Komanda səkkiz oyunda cəmi 7 xal toplayıb.

Namiq HUN

TodayPress TV 

XƏBƏR LENTİ
28 OKTYABR 2026
Bütün Xəbərlər