Rusiyadan nüvə mesajı: “Bulava” işə salındı - VİDEO
Rusiya nüvə başlığı daşımaq qabiliyyətinə malik “Bulava” qitələrarası ballistik raketini Oxot dənizində sualtı qayıqdan buraxıb.
TodayPress TV xəbər verir ki, xarici KİV-in məlumatına görə, “Generalissimo Suvorov” nüvə enerjisi ilə işləyən sualtı qayığından həyata keçirilən buraxılış planlaşdırılmış döyüş hazırlığı təliminin bir hissəsi olub.
Rusiya rəsmiləri raketin döyüş başlıqlarının nəzərdə tutulan sınaq məsafəsinə müəyyən edilmiş vaxtda çatdığını bildiriblər.
Qeyd edək ki, “Bulava” Rusiyanın strateji nüvə sualtı donanmasının əsas silah sistemlərindən biridir.
Jalə Rövşən