İsrailin ittiham etdiyi iki fələstinlinin evi partladıldı - VİDEO

İsrailin ittiham etdiyi iki fələstinlinin evi partladıldı - VİDEO
28.10.2026 17:52 Dünya

İsrail qüvvələri İordan çayının qərb sahilində, Nablus şəhəri yaxınlığındakı Beyta kəndində İbrahim və Zəkəriyyə Dauda məxsus iki evi partladıb.

TodayPress TV xəbər verir ki, “Yedioth News”un məlumatına görə, İsrail Müdafiə Qüvvələri həmin şəxsləri İsrail təhlükəsizlik qüvvələrinə qarşı üç hücumda iştirak etməkdə ittiham edir.

Bu hücumlardan birinin 2025-ci ilin aprelində baş verdiyi və nəticədə bir İsrail əsgərinin ağır yaralandığı bildirilir.

Məlumata əsasən, evlər dağıdılmadan əvvəl ətrafdakı sakinlər ərazidən təxliyə edilib. İbrahim və Zəkəriyyə Daudun həbsdə olduğu, onların ailələrinə məxsus evlərin isə dağıdıldığı qeyd olunur.

Jalə Rövşən 

XƏBƏR LENTİ
28 OKTYABR 2026
Bütün Xəbərlər