Paşinyan parlamentdə deputatların suallarını cavablandırır
Ermənistanda Baş nazir Nikol Paşinyan və nazirlər parlamentdə deputatların suallarını cavablandırırlar.
TodayPress TV xəbər verir ki, Ermənistanın “News.am” nəşrinin məlumatına görə, oktyabrın 28-də Milli Assambleyanın növbəti dördgünlük iclası davam edir.
Hazırda parlamentdə gündəlikdəki məsələlər müzakirə olunur. Gündəliyə ümumilikdə 12 məsələ daxil edilib. Deputatlar indiyədək onlardan üçünü müzakirə ediblər.
Hazırda Sülh Şurasının Nizamnaməsinin ratifikasiyası ilə bağlı qanun layihəsi ətrafında müzakirələr aparılır.