Belqradda İsrail səfirliyinə hücum - Terror təhlükəsi elan edildi
Belqrad şəhərində naməlum şəxs İsrail səfirliyini mühafizə edən jandarm əməkdaşına iki bıçaqla hücum edib.
TodayPress TV xəbər verir ki, bu barədə "RTS" məlumat yayıb.
Hadisə oktyabrın 28-də, gecə saatlarında baş verib. Polis əməkdaşı açdığı atəşlə hücum edən şəxsi öldürüb, jandarm isə yalnız üz nahiyəsindən kəsilmiş yara alıb.
Serbiya hakimiyyəti hadisəni terror aktı kimi qiymətləndirib və terror təhlükəsinin ən yüksək səviyyəsini elan edib.
Hücumdan sonra hakimiyyət orqanları mühüm obyektlərin, infrastruktur obyektlərinin və insanların kütləvi toplaşdığı yerlərin mühafizəsinin gücləndirilməsi barədə göstəriş verib. İstintaq davam edir.
Aysel Mətləb