İspaniyada faciə qurbanlarının sayı artır

İspaniyada faciə qurbanlarının sayı artır
28.10.2026 18:56 Dünya

İspaniyanın Toledo əyalətində iki sərnişin qatarının toqquşması nəticəsində azı 68 nəfər həlak olub.

TodayPress TV xəbər verir ki, bu barədə region hökumətinin başçısı Emiliano Qarsia-Paxe jurnalistlərə məlumat verib.

“Son məlumatlara görə, söhbət 68 nəfərin ölümündən gedir”, – deyə o bildirib.

Xatırladaq ki, səhər saatlarında Toledo əyalətinin (Kastiliya-La-Mança muxtar icması) Urda yaşayış məntəqəsi yaxınlığında Madrid – Sevilya marşrutu ilə hərəkət edən iki sərnişin qatarı toqquşub. Qatarların tərkibində ümumilikdə 540-dan çox sərnişin olub. Qəza zamanı qatarlardan birinin iki vaqonu relsdən çıxıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
28 OKTYABR 2026
Bütün Xəbərlər