Rusiya-ABŞ-Ukrayna danışıqları nə vaxt baş tutacaq? - Tezliklə...
Rusiya-ABŞ-Ukrayna arasında Əbu-Dabidə keçiriləcək üçtərəfli danışıqların tarixi yaxın vaxtlarda açıqlanacaq.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov “Vesti”yə açıqlamasında bildirib.
“Yaxın vaxtlarda”, – deyə diplomat üçtərəfli danışıqların keçiriləcəyi tarixin nə zaman açıqlanacağı ilə bağlı suala cavabında deyib.
Uşakov əlavə edib ki, Avropa ölkələri Rusiya, Ukrayna və ABŞ arasındakı danışıqlarda iştirak etməyəcəklər. Onun sözlərinə görə, Prezident Vladimir Putinin Finlandiya və Norveç liderləri ilə telefon danışıqları zamanı Avropa ölkələrinin danışıqlarda iştirakı məsələsi müzakirə olunmayıb.
Aysel Mətləb