Faciəvi qəza səbəbindən İspaniyada futbol dayanır
İspaniya Kral Futbol Federasiyası (RFEF) ölkə kubokunun oyunlarını qatar qəzası ilə əlaqədar təxirə salıb.
TodayPress TV xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.
Toledoda baş verən dəmir yolu qəzası səbəbindən İspaniya Kubokunun I təsnifat mərhələsində keçirilməsi planlaşdırılan 24 qarşılaşmanın hamısı təxirə salınıb.
Federasiyanın bəyanatında İspaniya futbol ictimaiyyətinin faciə ilə əlaqədar dərin hüzn içində olduğu bildirilib. Həmçinin qurum zərərçəkənlərə yardım göstərilməsi üçün aidiyyəti təşkilatlarla əməkdaşlığa hazır olduğunu açıqlayıb.
Qeyd edək ki, təqdim olunan məlumata əsasən, Toledoda iki sürət qatarının toqquşması nəticəsində azı 64 nəfər həlak olub, 179-dan çox insan xəsarət alıb.
Namiq HUN