Azərbaycan XİN İspaniyaya başsağlığı verdi

Azərbaycan XİN İspaniyaya başsağlığı verdi
28.10.2026 18:43 Xarici siyasət

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib.

TodayPress TV xəbər verir ki, bu barədə XİN-in "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.

"İspaniyada baş vermiş faciəvi dəmir yolu qəzası bizi dərindən kədərləndirib. Həlak olanların ailələrinə və yaxınlarına, eləcə də İspaniya hökumətinə və xalqına səmimi başsağlığımızı bildiririk. Bu faciədən zərər çəkən hər kəsə mənəvi dəstəyimizi ifadə edirik. Xəsarət alanların tezliklə və tam sağalmasını arzulayırıq", - deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, İspaniyada Toledo vilayətindəki Urda stansiyası yaxınlığında "Renfe" və "Iryo" qatarlarının toqquşması nəticəsində dəmir yolu qəzası baş verib. Son məlumatlara görə, azı 64 nəfər həlak olub.

XƏBƏR LENTİ
28 OKTYABR 2026
Bütün Xəbərlər