Mbappe Fransa millisindən danışdı: “Ən güclü komanda deyilik”

Mbappe Fransa millisindən danışdı: “Ən güclü komanda deyilik”
10.07.2026 18:19 İdman

Fransa millisinin hücumçusu Kilian Mbappe hazırkı yığmanın tarixinin ən güclü komandası olması ilə bağlı fikirlərlə razılaşmadığını bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

O qeyd edib ki, özü dünya çempionu və dünya çempionatının finalçısı olmuş komandanın heyətində çıxış edib, hazırkı Fransa millisi isə hələ bu uğurlara nail olmayıb.

“İndiki yığma çox böyük potensiala malikdir. Amma ən güclü komandalar çempion olanlardır. Kuboku qazandığımızı görməyənə qədər indiki Fransa millisini ən güclü komanda adlandıra bilmərəm”, - deyə Mbappe bildirib.

Kübra Musayeva

XƏBƏR LENTİ
10 IYUL 2026
Bütün Xəbərlər