Marrey müasir tennisçilərin böyük səhvini üzlərinə vurdu!
Üç qat “Böyük Dəbilqə” turnirlərinin qalibi və keçmiş dünya birincisi, britaniyalı Endi Marrey tennisçilərin sosial şəbəkələrdən həddindən artıq istifadə etməsindən narazılığını bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə “Punto de Break” nəşri məlumat yayıb.
“İndi bir çox oyunçu haqqında hekayələr eşidirsiniz və məşqçi olduğum vaxtdan bəri bunu soyunub-geyinmə otağında da görürəm. Oyunçular kortdan çıxan kimi dərhal telefonlarını götürür, hamının nə dediyini oxuyur və izləyirlər.
Səmimi olsam, bunun oyunçular üçün ən yaxşı seçim olduğunu düşünmürəm, bunun yaxşı bir şey olmadığını hesab edirəm”, - deyə Marrey bildirib.
Xatırladaq ki, bundan əvvəl belaruslu tennisçi Arina Sobolenko sosial şəbəkələrdəki fəallığına görə tənqid olunmuşdu. İdmançı özü isə sosial şəbəkələrin onun tennis karyerasına heç bir maneə törətmədiyini bildirib.
Namiq HUN