Mançesterdə daha bir məşhur ünvan tarixə çevrilir
İdman
18.12.2025 13:15
“Mançester Siti” klubunun baş məşqçisi Pep Qvardiolanın “King Street”də yerləşən “Tast Catala” restoranı bağlanır.
TodayPress TV xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.
Mançesterin mərkəzində yerləşən iaşə obyekti həftəsonu son dəfə qonaqları qəbul edəcək.
Məlumatda restoranın bağlanma qərarı “son dərəcə çətin ticarət şəraiti və artan xərclər”lə əsaslandırılıb. Əsas səbəblər arasında yeni büdcə qərarları, biznes vergilərinin artması, əməkhaqlarının yüksəlməsi, enerji xərcləri və istehlakçı xərclərinin azalması göstərilir. Xüsusilə restoran və pub sektorunun orta hesabla 76 faiz daha çox biznes rüsumu ödəyəcəyi bildirilir.
Qeyd edək ki, məkan son yeddi ildə Qvardiolanın klub rəhbərliyi və yeni transferləri qəbul etdiyi əsas ünvanlardan biri olub.
Namiq HUN
tag: Mançester,Pep Qvardiola,Restoran,Bağlanma,Todaypress.tv,
