“Mançester Yunayted”in baş məşqçi seçimi gündəmi silkələdi
İdman
13.05.2026 15:43
“Mançester Yunayted” rəhbərliyi Maykl Kerrikin baş məşqçi postuna daimi təyinatını dəstəkləməyə hazırlaşır.
TodayPress TV xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
Bildirilir ki, klubun baş direktoru Omar Berrada və idman direktoru Ceyson Uilkoks Kerrikin yeni mövsüm komandaya rəhbərlik etmək üçün uyğun namizəd olduğunu düşünürlər. Onlar bu təkliflə klubun sahibi Cim Retkliffə müraciət etməyə hazırdırlar.
Hazırda Kerrik Karrinqton bazasında komandanın gələcək planlaşdırılması ilə bağlı iclaslarda iştirak edir. Klub daxilində və futbolçular arasında onun bu vəzifəyə təyin olunacağı ilə bağlı gözləntilərin artdığı qeyd olunur.
Bununla yanaşı, “Mançester Yunayted” digər variantları da nəzərdən keçirir. Klub Andoni İraola və Unai Emerinin namizədliyini də qiymətləndirir.
Qeyd edək ki, 44 yaşlı Maykl Kerrik yanvarın 13-dən etibarən “Mançester Yunayted”in müvəqqəti baş məşqçisi vəzifəsini icra edir.
Namiq HUN
tag: Mançester Yunayted,Maykl Kerrik,baş məşqçi,Təyinat,Todaypress.tv,
