“Mançester Yunayted”də gərginlik artır
“Mançester Yunayted” klubunun baş məşqçisi Ruben Amorim klub rəhbərliyinin apardığı transfer siyasətindən narazıdır.
TodayPress TV xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Portuqaliyalı mütəxəssis rəhbərliyə bildirib ki, 3-4-3 taktiki sxemi ilə oynamaq istəyir və bu sistemə uyğun futbolçulara ehtiyac duyur. Hazırda klub daxilində transfer bazarına yanaşma ilə bağlı müzakirələr davam edir.
Qeyd edək ki, Ruben Amorimin rəhbərliyi altında “qırmızı şeytanlar” Premyer Liqanın turnir cədvəlində 20 oyundan 31 xalla 6-cı pillədə qərarlaşıb.
Namiq HUN