“Mançester Yunayted” keçmiş baş məşqçisinə üz tutdu
İdman
07.01.2026 09:00
“Mançester Yunayted”in sabiq baş məşqçisi Ule-Qunnar Sulşer “qırmızı şeytanlar”ın baş məşqçi postuna prioritet namizəd hesab olunur.
TodayPress TV xəbər verir ki, bu barədə The Athletic nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, klub norveçli mütəxəssisi yalnız müvəqqəti baş məşqçi kimi nəzərdən keçirir.
Qeyd edək ki, “Mançester Yunayted” rəhbərliyi ilə Sulşer arasında görüş yanvarın 6-da baş tutub.
Cari həftə ərzində komandanın baş məşqçi vəzifəsini müvəqqəti olaraq Darren Fletçer icra edəcək.
Xatırladaq ki, Ule-Qunnar Sulşer “Mançester Yunayted”i 2018–2021-ci illərdə çalışdırıb. Yanvarın 5-də klub Ruben Amorimin baş məşqçi postundan uzaqlaşdırıldığını açıqlayıb. Portuqaliyalı mütəxəssis “Mançester Yunayted”də 11 noyabr 2024-cü ildən 5 yanvar 2026-cı ilədək çalışıb.
Namiq HUN
tag: Mançester Yunayted,Ule-Qunnar Sulşer,baş məşqçi,Təyinat,Todaypress.tv,
