“Mançester Siti”yə şok zərbə: Titulları əlindən alınsın, liqadan atılsın!

“Mançester Siti”yə şok zərbə: Titulları əlindən alınsın, liqadan atılsın!
29.09.2026 14:07 İdman

Böyük Britaniya parlamentinin üzvü Ceremi Korbin “Mançester Siti” klubuna qarşı irəli sürülən maliyyə qaydalarının pozulması ilə bağlı çıxarılan qərara münasibət bildirib. 

TodayPress TV “The Standard”a istinadən xəbər verir ki, siyasətçi Mançester təmsilçisinin İngiltərə Premyer Liqasından kənarlaşdırılmasını və ciddi şəkildə cəzalandırılmasını tələb edib.

Korbin klubun əməlindən giley-güzar edərək aşağıdakı fikirləri səsləndirib:

“Bu, misli görünməmiş bir qərardır və eyni dərəcədə misli görünməmiş nəticələr tələb edir. Cəzalar sırasına xalların ciddi şəkildə çıxılması daxil edilməlidir ki, bu da qaçınılmaz olaraq onların liqadan düşməsinə gətirib çıxaracaq. Həmçinin böyük məbləğdə cərimə tətbiq olunmalı və bu vəsait kütləvi futbolun inkişafına yönəldilməlidir.

Liqa eyni zamanda onları titullardan məhrum etmək məsələsini də ciddi şəkildə nəzərdən keçirməlidir. Əgər onlar bu titulları dürüst olmayan yolla qazanıblarsa, niyə də saxlasınlar? Unutmayın ki, bu qayda pozuntularının arxasında başqa klubların və azarkeşlərin fəxr etməli olduğu saysız kubok və titullar dayanır”.

Xatırladaq ki, Premyer Liqanın maliyyə qaydalarını pozmaqda ittiham olunan “şəhərlilər” bütün maddələr üzrə təqsirli biliniblər. 2023-cü ilin fevralında Premyer Liqa “Mançester Siti”ni 2009–2018-ci illər arasında 115 fərqli maliyyə qaydası pozuntusunda ittiham edib. Daha sonra bu sayın 130 olduğu bildirilib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
29 SENTYABR 2026
Bütün Xəbərlər