“Mançester Siti”nin forvardı UFC əfsanəsi ilə görüşüb
İdman
06.01.2026 11:00
UFC-nin Şöhrət Zalının 37 yaşlı üzvü, yüngül çəkidə keçmiş UFC çempionu, rusiyalı Həbib Nurməhəmmədov “Mançester Siti” klubunun hücumçusu, fransalı Rayan Şerki ilə görüşüb.
TodayPress TV xəbər verir ki, Şerki “Qartal” ləqəbli Nurməhəmmədova üzərində şəxsi avtoqrafı olan butslarını hədiyyə edib.
Qeyd edək ki, Rayan Şerki cari mövsümdə bütün turnirlər üzrə “Mançester Siti”nin heyətində 22 oyuna çıxıb, 5 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, Həbib Nurməhəmmədov son döyüşünü 24 oktyabr 2020-ci ildə BƏƏ-nin Abu-Dabi şəhəri yaxınlığında yerləşən Yas adasında keçirilən UFC 254 turnirində keçirib. Onun rəqibi yüngül çəkidə UFC-nin müvəqqəti çempionu, amerikalı Castin Getji olub. Döyüş ikinci raundda rusiyalı idmançının boğma fəndi ilə qələbəsi ilə başa çatıb. Bu qələbə Nurməhəmmədov üçün karyerasında 29-cu olub. Döyüşdən sonra Həbib qarışıq döyüş növlərində karyerasını başa vurduğunu açıqlayıb.
Namiq HUN
tag: Mançester Siti,Rayan Şerk,Həbib Nurməhəmmədov,UFC,Görüş,Todaypress.tv,
