“Mançester Siti”dən gözlənilən həmlə: Maliyyə skandalında yeni apellyasiya şoku!

“Mançester Siti”dən gözlənilən həmlə: Maliyyə skandalında yeni apellyasiya şoku!
02.10.2026 15:14 İdman

“Mançester Siti” maliyyə reqlamentinin çoxsaylı pozuntularında təqsirli bilinməsi barədə komissiyanın qərarından rəsmi olaraq apellyasiya şikayəti verdiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə klubun rəsmi saytında dərc olunan bəyanatda bildirilib.

“Mançester Siti” təsdiq edir ki, 1 oktyabr 2026-cı il tarixində İngiltərə Premyer Liqasının İntizam Məsələləri üzrə Komissiyasının qərarından hərtərəfli apellyasiya şikayəti verilib. Klub komissiyanın rəyində hüquq, prinsip və faktlar sahəsində aydın, mühüm xətaların olduğuna və bir çox aspektlərdə əsassızlığına qətiyyətlə inanır.

Klub Premyer Liqa tərəfindən irəli sürülən ittihamlarda təqsirsizdir və bu işlə bağlı mövqeyini dəstəkləyən təkzibedilməz sübutlar mövcuddur. Biz bundan sonra da lazımi hüquqi prosedurlara riayət edəcəyik. Bütün araşdırmalar başa çatana qədər əlavə açıqlama vermək imkanlarımız məhduddur”.

Xatırladaq ki, İngiltərə Premyer Liqası “Mançester Siti”ni maliyyə qaydalarını pozmaqda və istintaqla əməkdaşlıqdan imtina etməkdə təqsirli bilib. Klub ittihamlarla razılaşmadığını və müvafiq instansiyalarda öz mövqeyini müdafiə edəcəyini bəyan edib. Bu qərarın ehtimal olunan nəticələri hələ rəsmən elan edilməsə də, mətbuatın məlumatına görə, klub çempionluq titullarından məhrum edilə bilər.

Qeyd edək ki, “Mançester Siti” 2008-ci ildən BƏƏ-nin “Abu Dhabi United Group” şirkətinin idarəçiliyindədir. Bu müddət ərzində klub 8 dəfə Premyer Liqa çempionluğu, 4 dəfə İngiltərə Kuboku, 7 dəfə Liqa Kuboku və 2022/2023-cü illər mövsümündə Çempionlar Liqasını qazanıb.


Namiq HUN

XƏBƏR LENTİ
02 OKTYABR 2026
Bütün Xəbərlər