“Mançester Siti” Semenyonu heyətinə qatdı

İdman

07.01.2026 09:20

“Mançester Siti” klubu “Bornmut”un vingeri Antuan Semenyonun transferini uğurla başa çatdırıb. 

TodayPress TV xəbər verir ki, bu barədə insayder Fabritsio Romano X sosial şəbəkəsində məlumat yayıb.

Transferin məbləği 75 milyon avro (təxminən 65 milyon funt sterlinq) təşkil edib. 

Bildirilir ki, Semenyo yanvarın 8-də keçiriləcək tibbi müayinədən sonra “şəhərlilər”lə  uzunmüddətli müqavilə imzalayacaq.

Qeyd edək ki, qanalı vinger Mançester təmsilçisinə keçmək üçün İngiltərə Premyer Liqasının dörd klubunun təklifini rədd edib. Transferdə əsas rol futbolçunun Xosep Qvardiolanın rəhbərliyi altında çıxış etmək istəyi oynayıb.

25 yaşlı Antuan Semenyo cari mövsümdə Premyer Liqada 19 oyunda meydana çıxıb, 9 qol vurub və 3 məhsuldar ötürmə edib.

Namiq HUN

TodayPress TV

tag: Mançester Siti,Antuan Semenyo,Klub,Liqa,Todaypress.tv,