“Mançester Siti” “Qalatasaray”dan yeni təklif aldı
“Qalatasaray” klubu “Mançester Siti”nin qapıçısı Edersonun transferi üçün təklifini 15 milyon avroya qaldırıb.
TodayPress TV xəbər verir ki, Ederson artıq İstanbul təmsilçisi ilə şəxsi müqavilə şərtlərini razılaşdırıb.
2028-ci ilə qədər nəzərdə tutulan anlaşmaya əsasən, futbolçu ildə 7 milyon avro qazanacaq.
Ederson 2017-ci ildən “Mançester Siti”də çıxış edir. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. Transfermarkt portalında braziliyalı qolkiperin dəyəri 20 milyon avro qiymətləndirilir.
Qeyd edək ki, İngiltərə Premyer Liqasında yay transfer pəncərəsi avqustun 31-də bağlanacaq. Cari mövsümdə “şəhərlilər”in ilk iki oyununda qapını Ceyms Trafford qoruyub.
Namiq HUN