“Mançester Siti” Donnarumma ilə razılaşdı
“Mançester Siti" klubu PSJ-nin qolkiperi Canluici Donnarummanı transfer etməyi planlaşdırır.
TodayPress TV “Football Italia”ya istinadən xəbər verir ki, italiyalı qapıçı ilə artıq müqavilənin şərtləri razılaşdırılıb.
Paris təmsilçisi Donnarumma üçün 45-50 milyon avro istəsə də, sonradan futbolçunun mövsüm bitdikdən sonra azad agent kimi gedə biləcəyini nəzərə alaraq qiyməti aşağı salıb.
Qeyd edək ki, Donnarumma 2021-ci ilin yayından PSJ-də çıxış edir. Canluici o zaman azad agent kimi “Milan”dan PSJ-yə təşrif gətirib.
Namiq HUN