Maks Ferstappen üçün 2025-ci ilin dönüş anı Monzada yaşandı
İdman
31.12.2025 12:14
Dördqat dünya çempionu və “Red Bull” komandasının pilotu Maks Ferstappenin atası Yos Ferstappen oğlunun 2025-ci il mövsümündə yenidən motivasiya qazandığı anı açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə F1 Oversteer nəşri məlumat yayıb.
Yos Ferstappen bildirib ki, həlledici məqam İtaliya Qran-prisindən sonra Monzadan gələn telefon zəngi olub:
“Maks Monzadan mənə zəng edib dedi: ‘Ata, deyəsən problemi tapdıq’. O an hiss etdiyim həvəsi sözlə ifadə etmək çətindir. Bunu birbaşa ondan eşitdim”, – deyə Yos Ferstappen bildirib.
Qeyd edək ki, mövsümün ikinci yarısında Maks Ferstappen 10 yarışın 6-da qələbə qazanaraq böyük sıçrayış edib və lider Lando Norrislə xal fərqini 104 xaldan cəmi 2 xala endirib. Buna baxmayaraq, sonda dünya çempionluğu titulunu əldə edə bilməyib.
Namiq HUN
tag: Red Bull,Maks Ferstappen,F1,Qran-pri,Todaypress.tv,
