Makqreqordan həmyerlisinə döyüş öncəsi möhtəşəm dəstək!

Makqreqordan həmyerlisinə döyüş öncəsi möhtəşəm dəstək!
12.08.2026 17:32 İdman

UFC-nin iki çəki dərəcəsində sabiq çempionu, irlandiyalı Konor Makqreqor həmyerlisi İen Qerriyə Rusiya təmsilçisi İslam Maxaçevlə qarşılaşması öncəsi dəstək verib.

TodayPress TV xəbər verir ki, Makqreqor sosial şəbəkədə həmyerlisinə müraciət edərək “Hadi, Qerri. Bu böyük zərbənlə nişan al” yazıb.

Qerri və Maxaçev arasında yarımorta çəki dərəcəsində (77 kq-dək) UFC titulu uğrunda döyüş avqustun 16-da ABŞ-nin Filadelfiya şəhərində keçiriləcək UFC 330 turnirinin proqramında yer alacaq.

28 yaşlı İen Qerri 2021-ci ildə UFC-də debüt edib. İrlandiyalı döyüşçünün təşkilatda 10 qələbəsi və 1 məğlubiyyəti var.

Namiq HUN

XƏBƏR LENTİ
12 AVQUST 2026
Bütün Xəbərlər