Lyublyana yollarında Azərbaycan imzası: 4 velosipedçimiz Avropanın ən güclüləri ilə üz-üzə!
Sloveniyanın paytaxtı Lyublyana şəhərində şose velosipedi üzrə Avropa çempionatı baş tutacaq.
TodayPress TV Azərbaycan Velosiped İdmanı Federasiyasına istinadən xəbər verir ki, qitə birincilliyində ölkəmizi 4 idmançı təmsil edəcək.
Gənclərin yarışında Rəhim Nağıyev və Nihad Xudoyev, elit kateqoriyasında isə Nofəl Nuriyevlə Şahin Eyvazov qüvvələrini sınayacaqlar.
Milli komandamızın üzvləri oktyabrın 2-dən 7-dək təşkil olunacaq turnirdə fərdi və qrup ötüşməsi növlərində medala sahib olmaq üçün mübarizə aparacaqlar.
Namiq HUN