Lüis Hemiltondan 16 illik antirekord
İdman
22.11.2025 16:26
“Formula-1” yarışları üzrə 7 qat dünya çempionu Lüis Hemilton Las-Veqas Qran-Prisinin təsnifat mərhələsində sonuncu yeri tutub.
TodayPress TV xəbər verir ki, 40 yaşlı britaniyalı pilot, 2009-cu ildən bəri təsnifatda sonuncu olan ilk “Ferrari” sürücüsüdür.
Təsnifatda birinci yeri Lando Norris (“McLaren”, 1:47.934), ikinci yeri Maks Ferstappen (“Red Bull”, +0.323), üçüncü yeri isə Karlos Sains (“Williams”, +0.362) tutub.
Hemilton ilk seqmentdə 1:57.115 nəticə göstərdiyi üçün növbəti mərhələyə adlaya bilməyib. Bu bütün pilotlar arasında ən zəif nəticə olub.
Sonuncu dəfə “Ferrari” pilotunun təsnifatda axırıncı olması 2009-cu ildə qeydə alınıb. O zaman italiyalı Cankarlo Fizikella Əbu-Dabi Qran-Prisində 1:42.184 nəticə ilə 20-ci olmuşdu.
Hemiltonun komanda yoldaşı Şarl Lekler bu dəfə 9-cu nəticə göstərib. 2009-cu ildə isə Fizikellanın komanda yoldaşı Kimi Raykkönen 11-ci olmuşdu.
Namiq HUN
tag: Luis Hemilton,F1,Ferrari,Antirekord,Todaypress.tv,
