London klubunda istefa ehtimalı
İdman
01.01.2026 09:17
Londonun “Çelsi” futbol klubu baş məşqçi Enzo Mareska ilə yollarını ayıra bilər.
TodayPress TV xəbər verir ki, bu barədə The Guardian nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, istefa bu gün - 1 yanvar tarixində baş verə bilər.
Məlumata əsasən, Mareskanın klub rəhbərliyi ilə münasibətləri son dövrlər tamamilə korlanıb. Buna əsas səbəb kimi komandanın zəif nəticələri göstərilir. Belə ki, “Çelsi” son 9 oyunda cəmi 2 qələbə qazana bilib.
“Bornmut”la keçirilən və 2:2 hesablı heç-heçə ilə başa çatan oyundan sonra Enzo Mareska mətbuat konfransında iştirak etməyib. Klub onun özünü pis hiss etdiyini bildirsə də, mənbələrə görə, baş məşqçi əslində klubdakı mövcud vəziyyətdən narazı olduğu üçün jurnalistlərin qarşısına çıxmaqdan imtina edib.
Qeyd edək ki, İngiltərə Premyer Liqasında keçirilən 19 turdan sonra “Çelsi” 30 xal toplayaraq turnir cədvəlində 5-ci pillədə qərarlaşıb. London klubu lider “Arsenal”dan 15 xal geri qalır.
Namiq HUN
tag: Çelsi,Enzo Mareska,İstefa,Baş məşqçi,Todaypress.tv,
