“Liverpul”da çətin dönəm: Slotdan açıq mesaj

İdman

15.05.2026 09:20

Arne Slot “Liverpul” klubundakı fəaliyyəti və tənqidlərə münasibəti barədə danışıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Niderlandlı mütəxəssis yeni mövsümdə komandanın daha güclü olacağına inandığını bildirib:

“Düşünürəm ki, yeni mövsüm bu klub indiki vəziyyətdən daha yaxşı durumda olacaq. Hətta cari mövsümdə uğrunda mübarizə aparacağımız hədəflər var. İki ay əvvəl “Pari Sen-Jermen” və “Mançester Siti”yə məğlub olduqdan sonra artıq titul qazanmayacağımız aydın oldu. Amma hələ də Çempionlar Liqasına vəsiqəni qazana bilərik”.

Baş məşqçi qeyd edib ki, karyerasında ilk dəfədir mövsümün sonuna doğru titul uğrunda mübarizə aparmır.

“İndiyədək yalnız bir dəfə mövsümü titulsuz başa vurmuşam. İndi isə bu, ikinci dəfə olacaq. Bu, mənim üçün bir qədər yeni hissdir”, - deyə Slot vurğulayıb.

O əlavə edib ki, böyük klublarda işləyən məşqçilər həm müsbət, həm də mənfi rəylərlə yaşamağı bacarmalıdır.

“Əgər tənqidlərlə bacarmırsansa, belə klubda işləyə bilməzsən. Cari mövsüm öyrəndiyim şeylərdən biri də odur ki, tənqidlərlə kifayət qədər yaxşı mübarizə aparıram. Davranışımı dəyişmirəm, sakitliyimi qoruyuram və doğru hesab etdiyim işi görməyə davam edirəm”, - deyə mütəxəssis bildirib.

Qeyd edək ki, Arne Slot 2024-cü ildən “Liverpul”u çalışdırır. Komanda onun rəhbərliyi altında ilk mövsümdə İngiltərə çempionu olub.

Hazırda Mersisayd təmsilçisi Premyer Liqanın 36 turundan sonra 59 xalla 4-cü pillədə qərarlaşıb.

Namiq HUN

TodayPress TV

tag: Liverpul,Arne Slot,Çempionlar Liqası,Klub,Todaypress.tv,