“Liverpul” fransalı gənc istedadı rəqiblərinə vermədi: Rəsmi müqavilə bağlandı!

“Liverpul” fransalı gənc istedadı rəqiblərinə vermədi: Rəsmi müqavilə bağlandı!
04.09.2026 12:35 İdman

“Liverpul” klubu Fransanın “Sent-Etyen” komandasının hücumçusu Cilian N'Gessanın transferini rəsmiləşdirib. 

TodayPress TV xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Anlaşmaya əsasən, 18 yaşlı hücumçu 2027-ci ilin yanvar ayında rəsmən “Liverpul”a qoşulacaq. Gənc futbolçu 2026/2027 mövsümünün qalan hissəsini icarə əsasında Liqa 1 təmsilçisi “Brest”də keçirəcək.

“Sent-Etyen” akademiyasının yetirməsi olan N'Gessan əsas komandanın heyətində 13 oyuna çıxıb və 1 qolla yaddan qalıb. O, Fransa U-20 milli komandasının heyətində keçirdiyi 7 oyunda 4-cü yeri tutub, həmçinin U-17 Avropa çempionatında 4 qol vuraraq turnirin rəmzi komandasına seçilib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
05 SENTYABR 2026
Bütün Xəbərlər