"Liverpul" "Barselona"nın müdafiəçisini icarəyə götürdü!
İspaniyanın "Barselona" komandasının müdafiəçisi Ronald Arauxo icarə əsasında İngiltərə təmsilçisi "Liverpul"a keçib.
TodayPress TV xəbər verir ki, bu barədə mətbuat xidməti məlumat yayıb.
İcarə müddəti 2026/2027 mövsümünün sonuna qədər qüvvədədir.
Ronald Arauxo 2018-ci ildən "Barselona"nın formasını geyinir. Uruqvaylı müdafiəçi Kataloniya təmsilçisinin heyətində 213 oyun keçirib, 14 qol vurub və 7 məhsuldar ötürmə edib.
27 yaşlı futbolçunun "Barselona" ilə müqaviləsinin müddəti 2031-ci il iyunun 30-da başa çatacaq.