Levandovski “Barselona” əfsanələri arasında: Polşalı hücumçu tarix yazdı!

Levandovski “Barselona” əfsanələri arasında: Polşalı hücumçu tarix yazdı!
10.08.2026 10:15 İdman

“Barselona”nın sabiq hücumçusu, hazırda MLS-də “Çikaqo Fayr”da çıxış edən Robert Levandovski klubun rəsmi saytında əfsanələr bölməsinə daxil edilib.

TodayPress TV xəbər verir ki, polşalı futbolçu Kataloniya təmsilçisinin tarixində ən böyük iz qoyan futbolçuların yer aldığı siyahıya əlavə olunub. 

Bu bölmədə Lionel Messi, Xosep Qvardiola, Dieqo Maradona, Yohann Kroyff və digər “Barselona” və dünya futbolunun əfsanələri də yer alır.

Levandovski 2022-ci ilin yayından “Barselona”da çıxış edib. O, Kataloniya təmsilçisinin heyətində bütün turnirlərdə ümumilikdə 193 matça çıxıb, 120 qol vurub və 24 məhsuldar ötürmə verib.

Polşalı hücumçu “Barselona” ilə üç dəfə İspaniya çempionu olub, ölkə kubokunu və üç dəfə İspaniya Superkubokunu qazanıb.

Namiq HUN

XƏBƏR LENTİ
10 AVQUST 2026
Bütün Xəbərlər