Lekler ikinci məşqdən sonra qayda pozuntusu ilə gündəmdə

İdman

21.11.2025 11:49

“Formula-1” üzrə “Ferrari” komandasının 28 yaşlı monakolu pilotu Şarl Lekler Las-Veqas Qran-prisinin ikinci sərbəst yürüşündən sonra FIA tərəfindən istintaqa cəlb olunub.

TodayPress TV xəbər verir ki, səbəb onun Qran-prinin ikinci məşq sessiyası bitdikdən sonra sükan çarxını yerinə qaytarmaması və ERS sistemini söndürməməsi olub.

Sessiyanın nəticələrinə görə:

1. Lando Norris (McLaren) — 1:33.602

2. Andrea Kimi Antonelli (Mercedes) — +0.029

3. Şarl Lekler (Ferrari) — +0.161

Lekler ikinci sərbəst yürüşü üçüncü yerdə başa vurub. Ən yaxşı nəticəni “McLaren” pilotu Lando Norris göstərib.

Qeyd edək ki, hazırda Şarl Lekler “Formula-1”in fərdi hesabında 214 xalla beşinci yerdədir. “Ferrari” komandası isə Konstruktorlar Kubokunda 362 xalla dördüncü yeri tutur.

Namiq HUN

TodayPress TV

tag: Şarl Lekler,Qayda,Pozuntu,F1,Todaypress.tv,