Lebronun debüt oyunu NBA tarixində bilet qiyməti rekordu qırdı

Lebronun debüt oyunu NBA tarixində bilet qiyməti rekordu qırdı
12.08.2026 08:57 İdman

NBA-nin 2026/2027-cı illər mövsümünün açılış oyununda keçiriləcək “New York Knicks” – “Philadelphia 76ers” qarşılaşması bilet qiymətlərinə görə liqa tarixinə düşüb.

TodayPress TV xəbər verir ki, “Courtside Buzz” hesabının yaydığı məlumata əsasən, oyuna ən ucuz biletin qiyməti 1999 ABŞ dollarıdır. 


Bu, NBA tarixində mövsümün ev açılış matçları üçün qeydə alınan ən yüksək göstəricidir.

“Madison Square Garden”də baş tutacaq qarşılaşmada “Knicks”in çempionluq üzüklərinin təqdimetmə mərasimi keçiriləcək. 

Bundan əlavə, Lebron Ceymsin “Philadelphia 76ers” forması ilə rəsmi debütü də həmin oyunda baş tutacaq.

Müqayisə üçün qeyd edək ki, 2025/2026 mövsümündə NBA-nin müntəzəm çempionat oyunları üzrə orta bilet qiyməti təxminən 94 dollar olub. Beləliklə, bu görüşə ən ucuz bilet ötən mövsümün orta qiymətindən 21 dəfədən çox bahadır.

Aşağı tribunaya biletlərin qiyməti isə 3337 dollardan başlayır ki, bu da bəzi NBA final oyunlarında parketə yaxın yerlərin qiyməti ilə müqayisə olunur.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 AVQUST 2026
Bütün Xəbərlər