Lebrondan iddialı mesaj: Universal oyunçu kimi gəlirəm!
Lebron Ceyms “Filadelfiya” klubunda özünü necə bir oyunçu kimi gördüyünü təsvir edib.
TodayPress TV xəbər verir ki, məşhur basketbolçu klubun media günündə komanda yoldaşlarını xarakterizə edib və yeni komandasında özünə verəcəyi rolu açıqlayıb.
O, mərkəz oyunçusu Coel Embiidi əsl güc mənbəyi, hücumçu Ceylen Braunu enerjili, oyunqurucu Tayriz Maksini şimşək kimi sürətli, müdafiəçi Vi Cey Ecokombu isə gələcəyin ulduzu adlandırıb. Ceyms komandada meydanın hər iki tərəfində müxtəlif tapşırıqları yerinə yetirməyə hazır olan universal oyunçu rolunu üzərinə götürəcəyini bildirib.
Qeyd edək ki, qarşıdakı mövsüm 41 yaşlı basketbolçu üçün NBA-da 24-cü olacaq. Lebron “Filadelfiya” ilə ikiillik müqavilə imzalayıb. O, ilk mövsümdə 3,87 milyon dollar, ikinci mövsümdə isə 4,07 milyon dollar qazanacaq.
Namiq HUN