LeBron hələ oynamadan Filadelfiyaya milyonlar qazandırır

LeBron hələ oynamadan Filadelfiyaya milyonlar qazandırır
27.07.2026 09:20 İdman

NBA ulduzu LeBron Ceymsin “Filadelfiya” klubuna transferi şəhər iqtisadiyyatına ilk mövsümdə 250-430 milyon dollar həcmində töhfə verə bilər.

TodayPress TV xəbər verir ki, bu barədə “The Boyd Company” şirkətinin araşdırmasında bildirilib.

Tədqiqat müəllifləri LeBronun daha əvvəl çıxış etdiyi Klivlend və Mayami şəhərlərində yaratdığı iqtisadi təsiri də araşdırıblar. Basketbolçunun oynadığı arenanın ətrafındakı bir mil radiusunda restoran və barların sayı orta hesabla 13%, bu sahədə çalışanların sayı isə 23,5 % artıb.

Mütəxəssislərin fikrincə, Filadelfiyada da oxşar tendensiya müşahidə oluna bilər. Xüsusilə ictimai iaşə sektorunda müştəri axınının və yeni iş yerlərinin sayının artacağı gözlənilir.

Qeyd edək ki, LeBronun “Filadelfiya”ya keçidinin elan edilməsindən sonra  satışa çıxarılan 23 nömrəli formaların ilk partiyası iki saatdan az müddətdə tükənib.

Namiq HUN

XƏBƏR LENTİ
27 IYUL 2026
Bütün Xəbərlər