LeBron Ceyms tarix yazır: bütün xal hədlərində ən gəncdir!

LeBron Ceyms tarix yazır: bütün xal hədlərində ən gəncdir!
10.08.2026 14:28 İdman

NBA-nın dördqat çempionu LeBron Ceyms 1000-dən 43 min xal həddinə qədər liqadakı bütün aralıq göstəricilərə ən gənc yaşda çatan basketbolçudur.

TodayPress TV xəbər verir ki, bu barədə “Crazy Stats” sosial şəbəkə hesabında məlumat yayıb.

41 yaşlı Ceyms NBA karyerasına 2003-cü ildə başlayıb. Amerikalı basketbolçu bu mövsümlərarası fasilədə “Filadelfiya” ilə veteran minimumu şərtləri əsasında ikiillik müqavilə imzalayıb.

Müqaviləyə əsasən, Ceyms 2026/2027-ci illər mövsümündə 3 876 529 dollar, 2027/2028-ci illər mövsümündə isə 4 070 355 dollar qazanacaq. Razılaşmanın ikinci ili oyunçunun seçimindədir.

Qarşıdakı mövsüm LeBron Ceyms üçün NBA-da 24-cü olacaq.

Namiq HUN

XƏBƏR LENTİ
10 AVQUST 2026
Bütün Xəbərlər